- nəqliyyat vasitələri sürücülərinin hazırlığı və ixtisasının artırılması sahəsində fəaliyyət göstərən müəssisə və kurslar üçün vertual təlim-tədris bazasının yaradılması və onun səmərəli istifadəsinin təşkili;
- müxtəlif kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması (əyani və distant formada);
- beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin, habelə taksi minik avtomobilləri sürücülərinin peşəkarlıq səriştəsinə dair hazırlığın və yenidən hazırlığın keçirilməsi (əyani və distant formada);
- nəqliyyat sahəsində çalışan müxtəlif ixtisaslı mütəxəssislərin, habelə bu sahə üzrə nəzarəti həyata keçirən müvafiq qurumların əməkdaşlarının hazırlığı və onların peşəkarlığının artırılması (əyani və distant formada);
- avtonəqliyyat vasitələrində və nəqliyyat sahəsində istifadə edilən müasir texnologiyaların mənimsənilməsi üzrə təlimlərin keçirilməsi (əyani və distant formada);
- nəqliyyat sahəsində perspektivli digər istiqamətlər üzrə təlimlərin təşkili və keçirilməsi.